İDMAN
“Bakı-2017”: Kişi voleybolçuların yarışında Əlcəzair yığması Qətər millisini məğlub edib
Bakı, 12 may, P.Rəhimova, A.İsmayılova, AZƏRTAC
Mayın 12-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında voleybol yarışının ikinci günündə kişilərin mübarizəsində “B” qrupunda yer alan Qətər və Əlcəzair komandaları üz-üzə gəliblər.
AZƏRTAC xəbər verir ki, Əlcəzair yığması 3:1 hesabı ilə qalib gələrək “Bakı-2017”yə qələbə ilə başlayıb.
Gərgin idman mübarizəsi şəraitində keçən birinci setdə Əlcəzair millisi 37:35 hesabı ilə qalib gəlib. Əlcəzair voleybolçuları ikinci setdə daha böyük hesabla üstün olublar - 25:14. Oyunda dönüş yaratmağa çalışan Qətər yığması üçüncü seti öz xeyrinə başa vurub - 17:25. Lakin dördüncü setdə qalib gələn Əlcəzair voleybolçuları rəqibə şans verməyiblər - 25:21.