İDMAN


“Bakı-2017”: Kişilər arasında ağır atletika yarışında indoneziyalı idmançı qızıl medal qazanıb

Bakı, 14 may, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarının ikinci günündə 68 kiloqram çəki dərəcəsində kişilər körpücük üzərinə çıxıblar.

AZƏRTAC xəbər verir ki, bu çəki dərəcəsində qızıl medalı indoneziyalı idmançı Eko Yuli İravan qazanıb. O, birdən qaldırmada 140, təkanla qaldırmada isə 150 kiloqram nəticə göstərib. Ümumilikdə 290 kiloqramı ram edən atlet IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Misirli Ahmed Saad isə toplam 275 kiloqramlıq (123+152 kq) nəticə ilə gümüş medala layiq görülüb. Səudiyyə Ərəbistanının təmsilçisi Faysal Al Sulami isə 266 kiloqramlıq (120+140 kq) nəticə ilə bürünc mükafata yiyələnib.

Həmyerlimiz Allahyar Abışov 252 kiloqramlıq nəticə ilə (117+135 kq) sıralamada səkkizinci olub.

Sonra idmançıların mükafatlandırılması mərasimi olub.

Qalib idmançılara medalları Beynəlxalq Ağır Atletika Federasiyasının vitse-prezidenti İntarat Yodbanqtoey təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.