İDMAN


“Bakı-2017”: Marina Durunda və Jalə Piriyeva top və halqa ilə çıxışlarda finala yüksəliblər

Bakı, 12 may, AZƏRTAC

Mayın 12-də Milli Gimnastika Arenasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika yarışları başlayıb. Azərbaycan gimnastları Marina Durunda və Jalə Piriyeva halqa və topla çıxışlarda finala vəsiqə qazanıblar.

AZƏRTAC xəbər verir ki, Marina Durunda halqa ilə yarışda 16,750 xal toplayaraq birinci, Jalə Piriyeva isə 16.300 xalla ikinci olub.

Hər iki gimnastımızla yanaşı, Anastasiya Serdyukova, Sabina Taşkenbayeva (hər ikisi Özbəkistan), Ecem Cankaya, Başak Nida Karaevli (hər ikisi Türkiyə), Alisa Sadek (Livan) və Vahyu Putri (İndoneziya) həlledici mərhələdə iştirak hüququ qazanıblar.

Topla çıxış da gimnastlarımız üçün uğurlu olub. Belə ki, M.Durunda 16.200 xalla birinci, J.Piriyeva isə 16.000 xalla ikinci olub. Hər iki gimnastımız medallar uğrunda mübarizəni finalda davam etdirəcək.

Finala, həmçinin Anastasiya Serdyukova, Nurinisso Usmanova (Özbəkistan), Ecem Cankaya, Başak Nida Karaevli (Türkiyə), Dina Ali Alşix (Suriya) və Vahyu Putri (İndoneziya) adlayıblar.

İki hərəkətin cəminə əsasən, hesabında 65,250 xal olan Azərbaycan millisi komanda hesabında birincidir. Özbəkistan 62,100 xalla ikinci, Türkiyə isə 51,300 xalla üçüncü pillədə yer alıb.

Top və halqa ilə hərəkətlər üzrə yarışın qalibləri mayın 13-də müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.