İDMAN


“Bakı-2017”: Oman millisi Əlcəzair, Türkiyə yığması isə Fələstinlə qarşılaşır

Bakı, 15 may, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarının qrup mərhələsinin sonuncu oyunlarına start verilib.

AZƏRTAC xəbər verir ki, “B” qrupu çərçivəsində iki oyun keçirilir.

“AZAL Arena”da Oman millisi Əlcəzair yığması ilə qarşılaşır.

Oman millisinin isə ilk on birliyində meydana Hassan Əl-Saadi, Al-Mas Məcid Salim Əl-Saadi, Qədhafi Əl-Məhruqi, Cuma Mubarek Ambar Əl-Mamari, Marvan Vadi Avlad, Muhsen Əl-Qassani, İbrahim Əl-Savvafi, Ahmed Əl-Matruşi, Salaah Əl-Yahyai, Əziz Abdul Əl-Qeilani və Bilal Əl-Baluşi çıxıblar.

Əlcəzair yığmasının start heyətində Aymen Attou, Hamza Mouali, Maher Azzouz, Mohamed Naoufel Xacef, Yosif Douar, Kamel Mohand Seghir Belarbi, Zakaria Naidji, Yosif Becou, Dhia Eddine Goudjil, Laid Ouaji və Abdelmoumene Sifour yer alıblar.

Görüşü moldovalı hakimlər briqadası idarə edir.

“Bayıl Arena”da təşkil olunan digər oyunda isə Türkiyə və Fələstin yığmaları üz-üzə gəlir.

Fələstin yığmasının baş məşqçisi Sandouqa Ayman start heyətdə Mohammed Saleh, Yazan İvaivi, Mohammed Yamin, Mohammed Maraaba, İslam Batran, Ahmed Seyidahmed, Yousef Alaşhab, Qanim Mahajna, Mahmud Abuvarda, Oday Dabbaq və Mohammed Dərvişə şans verib.

Türkiyə yığmasını start heyəti belədir - Özkan Taştemur, Bahadır Öztürk, Gökhan Kardeş, Abdullah Balıkçı, Melih Okutan, Taylan Antalyalı, Ahmethan Köse, Onur Eris, Can Hakki Aksu, Oğuzhan Kayar və Muhammed Birkan Tetik.

Oyuna ukraynalı hakimlər briqadası təyinat alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.