İDMAN
“Bakı-2017” Oyunlarının üzgüçülük yarışlarının üçüncü günü start götürüb
Bakı, 15 may, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində üzgüçülük yarışlarının üçüncü günü start götürüb. Səhər sessiyasında kişilər arasında təsnifat yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında birinci nəticəni indoneziyalı üzgüçü Triadi Sidiq (23.33 s.) göstərib. Türkiyə idmançısı Hüseyn Emre Sakçi (23.46 s.) və İordaniya nümayəndəsi Kader Getriç Baqla (23.47 s.) müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar. Azərbaycan təmsilçiləri Boris Kirillov (24.19 s.) və Nikolay Trapov (25.48 s.) müvafiq olaraq 10-u və 15-ci yerləri bölüşüblər.
Brass üsulu ilə 100 metr məsafəyə üzmə yarışlarında ən yaxşı nəticəni Suriya yığmasının üzvü Azad Albarazi (1:03.42 s.) göstərib. İkinci yeri indoneziyalı üzgüçü Qaqerin Nataniel (1:03.96 s.) tutub, üçüncü yerə Türkiyə təmsilçisi Demir Atasoy (1:04.96 s.) sahib olub. Azərbaycan üzgüçüsü Dmitri Saley 1:08.29 saniyə nəticə ilə 16-cı yerdə qərarlaşıb.