İDMAN


“Bakı-2017”: Qadın həndbolçularımız final mərhələsinin bir addımlığında

Bakı, 13 may, G.Mahmudlu, B.Vəliyev, AZƏRTAC

Mayın 13-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişi və qadın həndbolçular arasında yarımfinal mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, finala gedən mərhələdə əvvəlcə meydana Azərbaycanın və Özbəkistanın qadın həndbolçuları çıxıblar. Qadınlar arasında digər görüş Türkiyə və Kamerun yığmaları arasında keçiriləcək.

Kişi həndbolçuların yarışında isə Səudiyyə Ərəbistanı-İraq, Əlcəzair-Türkiyə matçları oynanılacaq.

Həndbol üzrə final yarışları mayın 14-də baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.