İDMAN


“Bakı-2017”: Qadın həndbolçularımız yarışın ikinci gününü də qələbə ilə başa vurublar

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarında qrup mərhələsinin ikinci turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda kişilərin mübarizəsində “A” qrupunda yer alan Əlcəzair yığma komandası Pakistan millisinə asanlıqla qalib gəlib - 47:24. Bu qrupun digər oyununda Səudiyyə Ərəbistanı kollektivi həndbolçularımızdan üstün olub - 38:31.

“B” qrupunda yer alan Türkiyə və İraq yığmalarının qarşılaşması isə gərgin idman mübarizəsi ilə yadda qalıb. Maraqlı görüşün sonunda sevinən tərəf türkiyəli həndbolçular olublar - 35:33. Qrupun digər oyununda isə Mərakeş millisi İordaniya yığmasını 27:16 hesabı ilə məğlubiyyətə uğradıb.

Kişi həndbolçularımızdan fərqli olaraq, qadın idmançılarımız ikinci görüşü də qələbə ilə başa vurublar. Həndbolçu qızlarımız Özbəkistan millisini böyük fərqlə - 47:21 hesabı ilə məğlub ediblər.

Kamerun-Türkiyə matçında isə qardaş ölkənin həndbolçuları cüzi üstünlüklə - 33:31 hesabı ilə qalib gələrək növbəti qələbələrini rəsmiləşdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.