İDMAN


“Bakı-2017”: Qadın həndbolçularımızın qızıl medal şansı

Bakı, 14 may, G.Mahmudlu, B.Vəliyev, AZƏRTAC

Mayın 14-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının həndbol yarışları üzrə final mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, günün açılış oyunu bürünc medal uğrunda kişi həndbolçulardan ibarət İraq və Əlcəzair komandaları arasında keçirilir. Qızıl medal uğrunda Türkiyə və Səudiyyə Ərəbistanı komandaları üz-üzə gələcəklər.

Qadın həndbolçuların mübarizəsində isə əvvəlcə Özbəkistan və Kamerun yığmaları öz aralarında üçüncü yerin sahibini müəyyənləşdirəcəklər. Turnirin baş mükafatının qalibi Azərbaycan-Türkiyə matçından sonra məlum olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.