İDMAN


“Bakı-2017”: Qadın idmançılarımız gümüş, kişi atletlərimiz isə bürünc medal qazanıblar

Bakı, 22 may, B.Vəliyev, X.Nağıyeva, AZƏRTAC 

Mayın 22-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qadınlar və kişilər arasında stolüstü tennis üzrə komanda yarışlarının final görüşləri keçirilib.

AZƏRTAC xəbər verir ki, qadınların yarışında İslamiadanın qızıl medalı uğrunda mübarizədə Azərbaycan və İran komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda İran millisi 3:1 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub.

Mayın 21-də keçirilən üçüncü yer uğrunda görüş isə Türkiyə idmançıları Pakistan təmsilçilərinə qalib gəliblər – 3:0

Kişi komandaların yarışında da final oyununda İran yığması qalib gəlib. Türkiyə millisi ilə görüşdə 3:1 hesabı ilə qələbə qazanan İran tennisçiləri IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Bürünc medal uğrunda görüş isə mayın 21-də baş tutub. Azərbaycanın kişilərdən ibarət milli komandası Səudiyyə Ərəbistanı təmsilçilərinə 3:1 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.

Beləliklə, İslamiadanın stolüstü tennis yarışlarında qadın idmançılarımız gümüş, kişi atletlərimiz isə bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.