İDMAN


“Bakı-2017”: Qadınlar arasında fərdi tennis yarışlarının yarımfinalçıları məlum olub

Bakı, 20 may, Elvin Camalov, AZƏRTAC

Mayın 20-də İslamiadanın tennis yarışlarında qadınların fərdi mübarizəsində yarımfinalçılar məlum olub.

AZƏRTAC xəbər verir ki, dörddəbir finalda mübarizə aparan Türkmənistan tennisçisi Cahan Bayramova Özbəkistan təmsilçisi Sabina Şaripovaya hər iki setdə məğlub olaraq (2:6, 1:6) mübarizəni dayandırıb. Özbəkistanlı tennisçi adını yarımfinala yazdırıb.

Türkiyə təmsilçisi Berfu Cengiz növbəti mərhələyə vəsiqəni Malayziya idmançısı Cavairiah Nurdin üzərində inamlı qələbə (6:1, 6:0) qazanaraq təmin edib.

Oman atleti Fatma Al Nabhaniyə dörddəbir finalda Malayziya təmsilçisi Selva Racu Teiviyanı məğlub edərək (6:2, 7:6) növbəti mərhələyə yüksəlib.

Digər görüşdə isə Özbəkistan təmsilçisi Komola Umarovaya 7:5 və 6:2 hesabı ilə qalib gələn Türkiyə tennisçisi Ayla Aksu yarımfinala adlayıb.

Qadınların fərdi yarışında final mərhələsinin iştirakçıları mayın 21-də müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.