İDMAN


“Bakı-2017”: Stolüstü tennis üzrə qadın komandamız finalda

Bakı, 21 may, B.Vəliyev, X.Nağıyeva, AZƏRTAC

Mayın 21-də “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə qadın komandaları arasında yarımfinal mərhələsinin görüşləri keçirilib.

AZƏRTAC xəbər verir ki, qadın komandamız yarımfinalda Pakistan yığmasına 3:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Yarımfinalın digər görüşündə İranlı idmançılar Türkiyə komandasını 3:2 hesabı ilə məğlub edib.

Beləliklə, final görüşündə Azərbaycan millisi İran yığması ilə qarşılaşacaq. Bürünc medal uğrunda oyunda isə Türkiyə və Pakistan komandaları üz-üzə gələcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.