İDMAN


“Bakı-2017”: Suyatullanma yarışlarının ikinci günündə Azərbaycan idmançısı qızıl medal qazanıb

Bakı, 19 may, AZƏRTAC

Mayın 19-da IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suyatullanma yarışlarında Azərbaycan idmançısı qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, qadınlar arasında 10 metr platformadan suyatullanma yarışında fəxri kürsünün ən yüksək pilləsinə Azərbaycan idmançısı Olqa Bıkovskaya qalxıb. O, final mərhələsində 275,80 xal toplayaraq çempion olub.

Yarışın gümüş medalına isə indoneziyalı Della Harimurti layiq görülüb. O, 167,70 xal toplayıb. Bürünc medalı isə 161,95 xalla türkiyəli idmançı Sinəm Sağlam aktivinə yazdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.