İDMAN


“Bakı-2017”: Tennis yarışının üçüncü günündə Azərbaycanın və Türkiyənin qadın idmançıları qarşılaşacaqlar

Bakı, 14 may, Elvin Camalov, AZƏRTAC

Mayın 14-də Bakı Tennis Akademiyasında IV İslam Həmrəyliyi Oyunlarının tennis yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün qadınlar və kişilər arasında oyunlar keçiriləcək. Kişilərin yarışında Pakistan-Qətər, Türkiyə-Özbəkistan və Azərbaycan-İordaniya oyunları keçiriləcək.

Qadınlar arasında baş tutacaq qarşılaşmalarda isə Türkmənistan-Özbəkistan, Azərbaycan-Türkiyə və Pakistan-Özbəkistan qarşılaşmaları nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.