İDMAN


“Bakı-2017”: Tennis yarışlarının birinci günü milli komandamız üçün uğursuz olub

Bakı, 12 may, AZƏRTAC

Mayın 12-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tennis yarışı başlayıb.

AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən yarışda Azərbaycanın kişilərdən ibarət komandasının heyətində 6, qadınlardan ibarət kollektivdə isə 4 idmançı mübarizə aparır. Qaydalara əsasən, hər komandanın tərkibi 4 nəfərdən ibarətdir. Azərbaycan ev sahibi ölkə olduğundan kişilərdən ibarət komandamıza əlavə iki idmançının cəlb edilməsinə icazə verilib.

Yarışın ilk günündə kişi və qadın komandaları mübarizə aparıblar.

Qadınların yarışında Azərbaycan milli komandası Özbəkistan yığması ilə qarşılaşıb. Tennisçilərimiz ilk oyunda qalib gəlsələr də sonrakı iki görüşdə məğlub olublar - 1:2.

Digər oyunda Türkmənistanın qadın tennisçiləri pakistanlı rəqiblərinə qalib gəliblər – 3:0.

Azərbaycanın kişilərdən ibarət komandası da ilk görüşdə uğur qazana bilməyib. Tennisçilərimiz Pakistan yığması ilə görüşdə duruş gətirə bilməyiblər – 1:2.

Kişilərin yarışında İordaniya-Qətər, Türkmənistan-Özbəkistan qarşılaşmaları əlverişsiz hava şəraitinə görə tam başa çatdırılmayıb. Komandalar arasında baş tutan ilk iki oyunda İordaniya Qətərə qalib gəlib. Türkmənistan və Özbəkistan yığmaları isə hərəyə bir dəfə fərqləniblər – 1:1. Hər iki qarşılaşmada üçüncü oyun mayın 13-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.