İDMAN


“Bakı-2017”: Türkiyənin kişi həndbolçuları yarımfinalda

Bakı, 11 may, G.Mahmudlu, B.Vəliyev, AZƏRTAC

Mayın 11-də IV İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçuların yarışının “B” qrupunda sonuncu matç Türkiyə və İordaniya həndbolçuları arasında keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşün birinci seti Türkiyə təmsilçilərinin 11:10 hesablı üstünlüyü ilə yekunlaşıb. Türkiyəli həndbolçular görüşün ikinci hissəsini də öz xeyrinə başa vurublar – 15:11. Ümumi hesabda 26:21 hesabı ilə qalib gələn türkiyəli həndbolçular qrup mərhələsini məğlubiyyətsiz başa vuraraq yarımfinala yüksəliblər.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən oyunu rusiyalı hakimlər briqadası idarə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.