İDMAN


“Bakı-2017”: Türkiyənin kişi voleybolçuları Pakistan millisini tay-brekdə məğlub ediblər

Bakı, 15 may, A.İsmayılova, G.Mahmudlu, P.Rəhimova, AZƏRTAC

Mayın 15-də "Baku Crystal Hall"da kişi voleybolçuların mübarizəsində “A” qrupu çərçivəsində Türkiyə millisi Pakistan yığması ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, matç Türkiyə millisinin xeyrinə başa çatıb.

Oyuna fəal başlayan Türkiyə birinci setdə üstünlüyü ələ alıb – 25:17. İkinci setdə 25:23 hesabı ilə üstün olan pakistanlı idmançılar hesabı bərabərləşdiriblər. Üçüncü seti (26:24) çətinliklə də olsa Türkiyə millisi öz xeyrinə başa vurub və hesabda önə çıxıb. Pakistanlı təmsilçiləri dördüncü setdə (25:22) hesaba tarazlıq gətiriblər – 25:22. Tay-brekdə (15:11) rəqibindən üstün olan Türkiyə millisi oyundan 3:2 hesablı qələbə ilə ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.