İDMAN


“Bakı-2017”: Türkiyənin qadın voleybolçuları da ilk oyunda qələbə qazanıblar

Bakı, 11 may, P.Rəhimova, AZƏRTAC 

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışında Türkiyə və Tacikistan milliləri üz-üzə gəlib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin qadınlardan ibarət milli komandası kişi voleybolçuların uğurunu təkrarlayaraq qələbə qazanıblar – 3:0. Hər üç setdə türkiyəli voleybolçular böyük hesabla qalib gəliblər - 25:8, 25:6 və 25:7.

Voleybol yarışları “Baku Crystal Hall-1” arenasında keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.