İDMAN


“Bakı-2017”: V gün

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının beşinci günündə Azərbaycan idmançıları 18 medal qazanıblar. Bu medallardan 9-u qızıl, 5-i gümüş, 4-ü isə bürüncdür.

AZƏRTAC xəbər verir ki, gün ərzində milli komandamızın aktivinə ən çox medalı atletika və paraatletika yarışlarında mübarizə aparan idmançılarımız yazdırıblar. Onlar 3 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olublar.

Azərbaycan milli komandası yarışın beşinci günündə 99 medalla (50 qızıl, 29 gümüş və 20 bürünc) ikinci pillədəki yerini qoruyub.

İslamiadanın beşinci günündə Türkiyə yığma komandası medal siyahısına liderliyi davam etdirib. Qardaş ölkənin idmançıları gün ərzində 22 medal əldə ediblər. Bu medallardan 11-i qızıl, 5-i gümüş, 6-sı isə bürüncdür. Hazırda Türkiyə yığmasının hesabında 137 medal (54-45-38) var.

İlk beşliyi İran (54 medal, 14-17-23), Özbəkistan (43 medal, 8-12-23) və İndoneziya (49 medal, 6-23-23) tamamlayır.

Ümumilikdə beş gün ərzində 33 ölkənin idmançıları aktivlərinə medal yazdıra biliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.