İQTİSADİYYAT


“Bakı-2017” başlayanadək “Xalqlar Dostluğu” metro stansiyasının keçidlərinin təmiri bitəcək

Bakı, 7 aprel, Elvin Camalov, AZƏRTAC

“Xalqlar Dostluğu” metro stansiyasının hər iki keçidinin təmiri IV İslam Həmrəyliyi Oyunları başlayana qədər bitəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, IV İslam Həmrəylik Oyunlarında Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Olimpiya Mərkəzindən də istifadə olunacaq və bu mərkəz metronun “Xalqlar dostluğu” metro stansiyası yaxınlığında yerləşir. Həmin stansiyanın hər iki keçidi Oyunlara kimi təmir olunub sərnişinlərin ixtiyarına veriləcək və stansiyada lazımi istiqamətverici lövhələr qurlaşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.