İDMAN
“Bakı-2017”: suya tullanma yarışlarının ilk günündə idmançımız bürünc medal qazanıb
Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarının suya tullanma yarışında çıxış edən Azərbaycan idmançısı bürünc medala layiq görülüb.
AZƏRTAC xəbər verir ki, kişilər arasında 3 metr tramplindən suya tullanma yarışında 331,25 xal toplayan Azərbaycan idmançısı Dmitri Sorokin bürünc medala layiq görülüb.
Fəxri kürsünün ən yüksək pilləsinə iranlı Mojtaba Valipour qalxıb. O, final mərhələsində toplam 338,35 xalla qızıl medal qazanıb. Yarışın gümüş medalına isə indoneziyalı Rafi Aldiansyah layiq görülüb. O, 332,40 xal toplayıb.
Bu yarışda çıxış edən digər təmsilçimiz Artyom Danilov 323,95 xalla fəxri kürsüdə yer ala bilməyib.
Qaliblərə medalları Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Elçin Həsənov təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:11]
Premyer Liqada XXVIII turun hakimləri açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]