İDMAN


“Bakı-2017” üzgüçülük yarışlarına start verilib

Bakı, 13 may, AZƏRTAC 

Mayın 13-də IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Bakıdakı Su İdman Oyunları Sarayında üzgüçülük üzrə yarışlara start verilib.

AZƏRTAC xəbər verir ki, səhər sessiyası kişilər arasında 50 metr məsafəyə brass üsulu ilə üzmə yarışlarından başlanıb. Burada türkiyəli üzgüçü Hüseyn Əmrə Sakçı ən yaxşı nəticə göstərib. O, finişə çatmaq üçün cəmi 28,09 saniyə vaxt sərf edib. Ölkəmizi təmsil edən Vəli İsrafilov (18.10.2002) 32,48 saniyə nəticə ilə 19-cu yeri tutub.

Sonra kişilər arasında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışları başlanıb. Burada iordaniyalı Kader Getric Baqla (15.09.1998) 4:00.13 saniyə nəticə göstərərək birinci yeri tutub.

Beləliklə “Bakı-2017” üzgüçülük yarışlarının birinci gününün səhər sessiyası başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.