İDMAN
“Bakı-2017”də mübarizə aparacaq Azərbaycanın U-23 yığmasının baş məşqçisi müəyyənləşib
Bakı, 23 fevral, AZƏRTAC
Bu il mayın 12-dən 22-dək Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iştirak edəcək.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, komandanın baş məşqçisi Yaşar Vahabzadə olacaq.
IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında 8 yığma komanda mübarizə aparacaq.