İDMAN


“Bakı-2017”nin atletika yarışlarının üçüncü günündə Azərbaycan idmançıları iki medal qazanıblar

Bakı, 18 may, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışlarının üçüncü günündə - mayın 18-də Azərbaycan idmançıları iki medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, kişi paralimpiyaçılar arasında T11 kateqoriyasında 100 metr məsafəyə qaçış yarışlarında Azərbaycanın iki atleti fərqlənib. Məsafəni 11,60 saniyəyə qət edən paraatletimiz Nurlan İbrahimov bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gümüş medalı da Azərbaycan təmsilçisi Elçin Muradov qazanıb. O, məsafəni 11,64 saniyəyə qət edib.

Yarışda 11,66 saniyə nəticə göstərən iranlı Araş Xosravi isə bürünc medalla kifayətlənib.

Azərbaycan idmançıları İslamiadanın atletika və paraatletika yarışlarında üç gün ərzində 13 medal qazanıblar. Atletlərimiz yarışın birinci günündə - mayın 16-da 5 (4 qızıl və 1 bürünc), ötən gün isə 6 (3 qızıl, 2 gümüş və 1 bürünc) medala sahib olublar.

İslamiadanın atletika yarışlarına mayın 20-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.