İDMAN


“Bakı-2017”nin futbol yarışının final matçının vaxtı dəyişdirilib

Bakı, 19 may, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışının final oyununun vaxtı dəyişdirilib.

AZƏRTAC “Bakı-2017”nin rəsmi saytına istinadla xəbər verir ki, mayın 21-də Azərbaycan və Oman yığmaları arasında keçiriləcək final qarşılaşması saat 20:00-da deyil, saat 21:00-da başlayacaq.

Bu qərar final yarışının birbaşa yayımlanması və Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunun daha çox tamaşaçı tərəfindən izlənilməsini təmin etmək məqsədilə qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.