İDMAN


“Bakı-2017”nin həndbol yarışında qrup mərhələsinin son turuna start verilib

Bakı, 11 may, AZƏRTAC 

Mayın 11-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində həndbol yarışının qrup mərhələsinin sonuncu turunun oyunları başlayıb.

AZƏRTAC xəbər verir ki, günün açılış matçı kişilərin yarışında “B” qrupunda qərarlaşan Mərakeş və İraq komandaları arasında keçirilir. Qrupun digər oyununda isə İordaniya və Türkiyə həndbolçuları üz-üzə gələcəklər.

“A” qrupunda isə Səudiyyə Ərəbistanı-Pakistan, Azərbaycan-Əlcəzair qarşılaşmaları oynanılacaq.

Qadınların yarışında azarkeşlər maraqlı mübarizənin şahidi olacaqlar. Turun mərkəzi qarşılaşması keçirdikləri hər iki oyunda qalib gələn Azərbaycan və Türkiyə təmsilçiləri arasında baş tutacaq. Digər oyunda isə Özbəkistan və Kamerun həndbolçuları ilk qələbələrini qazanmaq üçün yarışacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.