İDMAN


Bakı-2017”nin idmançı səfirləri ustad dərsləri keçəcəklər

Bakı, 10 mart, AZƏRTAC

Martın 13-15-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo, güləş və futbol üzrə idmançı səfirlərinin “Domestic Grassroots” proqramı çərçivəsində gənc idmançılar üçün ustad dərsləri təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində “Bakı-2017”nin idmançı səfirləri tərəfindən üç fərqli ustad dərsi veriləcək. Məqsəd idmançı səfirlərin bilik və bacarıqlarını bölüşmək, eləcə də tərəfdarlarla görüşünü təşkil etməkdir.

Üç gün davam edəcək tədbirlərdə iştirakçılar “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi “Facebook” səhifəsindəki müsabiqələrdə qalib olan şəxslər, gənc idmançılar və azarkeşlər iştirak edəcəklər.

Cüdo üzrə ustad dərsləri martın 13-də idmançı səfirlər Rüstəm Orucov və Elmar Qasımov tərəfindən təşkil olunacaq. Bir gün sonra Hacı Əliyev güləş, martın 15-də isə Ruslan Abışov futbol üzrə ustad dərsi keçəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.