İDMAN


“Bakı-2017”nin karate yarışında Azərbaycanın üç qadın və üç kişi idmançısı mübarizə aparır

Bakı, 13 may, Nihad Budaqov, AZƏRTAC

Mayın 13-də IV İslam Həmrəyliyi Oyunlarında karate yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında karate üzrə kumite yarışlarında müxtəlif çəki dərəcələri üzrə qadınların və kişilərin mübarizəsi başlayıb.

Qadınlar 50, 55, 61, kişilər isə 60, 67, 75 kiloqram çəki dərəcələrində 6 dəst medal uğrunda çıxış edirlər.

Azərbaycanı qadınların yarışında Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61), kişilərin mübarizəsində isə Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq) və Rəfael Ağayev (75 kq) təmsil edirlər.

Mayın 14-də yekun vurulacaq karatenin kumite və kata yarışlarında idmançılar ümumilikdə 12 medal uğrunda mübarizə aparacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.