Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Bakı-2017”nin möhtəşəm su festivalı Qax sakinlərinə yüksək əhval-ruhiyyə bəxş edib VİDEO

Qax, 25 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə bağlı “Xəzərdən başlayan su səyahəti”nin növbəti estafetini aprelin 25-də Qax rayonu qəbul edib.

AZƏRTAC xəbər verir ki, axşam saatlarında Qax şəhərinin mərkəzi meydanında su festivalı keçirilib.

Tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Festivalda, həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, aprelin 5-də Prezident İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini Qax sakininə təhvil verməsi görüntüləri təqdim edilib. Xəzər dənizindən götürülmüş suyun Qax rayonunadək keçdiyi səyahət yoluna, o cümlədən su səyahətinin Qax mərhələsinə nəzər salınıb.

Sonra “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Ram-rama şəlaləsindən su ilə dolduraraq Qax şəhərinin mərkəzi meydanına gətirən yunan-Roma güləşi üzrə Avropa çempionatının bürünc mükafatçısı Əli Əminzadə, sərbəst güləş üzrə SSRİ idman ustası Məmməd Qasımov və Qax məktəblisi Ayşən Hüseynova alqış sədaları altında səhnəyə dəvət olunub. Festival iştirakçıları onları coşqu ilə qarşılayıblar.

Mərasim iştirakçıları IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri, əməkdar artist Tünzalə Ağayevanın, Arzu Dunusovanın ifalarından, “Mirvari” və “Pesvebi” rəqs qruplarının çıxışlarından böyük zövq alıblar.

“Su festivalı” su effektləri, lazer şousu və atəşfəşanlıqla başa çatıb.

Su festivalından aldığı sevinc hislərini AZƏRTAC-ın müxbiri ilə bölüşən rayonun fəal gənci Elvin Həsilov ürək sözlərini belə ifadə edib: “Biz gənclər Xəzərdən başlayan su səyahətinin tarixi anlarını doğma Qaxda yaşadığımız üçün qürur hissi keçiririk. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin Qaxda davam etdirilməsi tolerantlıq mühitində yaşayan rayonumuz üçün unudulmaz bir hadisədir. İki il əvvəl birinci Avropa Oyunlarının, bu il isə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin bu cür möhtəşəm tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi etmək qüdrətindən xəbər verir. İnanırıq ki, IV İslam Həmrəyliyi Oyunları həmrəylik, birlik, sağlam və ədalətli rəqabət ruhunda keçəcək”.

Qax şəhər sakini, 2 nömrəli məktəb-liseyin müəllimi Faiq Sofiyev IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin Qax rayonunda davam etməsindən duyduğu sevinci belə ifadə edib: “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti, nəhayət, doğma Qaxımıza da gəlib çatdı. Bu əlamətdar hadisə rayonumuzun hər bir sakini kimi, məni də çox sevindirir, qürurlandırır. Bu Oyunların ölkəmizdə keçirilməsi Azərbaycanın nəinki İslam aləmində, eləcə də dünya arenasında növbəti uğurudur. Biz bu uğurlara çox sevinir və yarışlarda iştirak edəcək idmançılarımıza qələbələr arzulayırıq”.

Xatırladaq ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə bağlı “Xəzərdən başlayan su səyahəti”nin Qax mərhələsinə respublikamızın dilbər guşələrindən biri sayılan qədim İlisu kəndindəki Ram-rama şəlaləsindən su götürməklə start verilib.

Rayon mərkəzindən 12 kilometr məsafədə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə, Kürmük və Hamamçay çaylarının sahilində yerləşən İlisu kəndi Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Tarixi və təbiət abidələri ilə zəngin olan bu diyar termal suları və füsunkar şəlalələri ilə də tanınır. Bu şəlalələrdən ən məşhuru Ram-rama şəlaləsidir. Öz başlanğıcını “Latlar” adlanan dağ sahəsindəki bulaqlardan götürən və hündürlüyü təxminən 70 metr olan Ram-rama şəlaləsi Azərbaycanda ən yüksək şəlalə hesab olunur. Yerli əhali bu şəlaləni İlisu kəndinin üzük qaşı da adlandırır. Sərt keçən qış aylarında şəlalənin suyu donur və əsrarəngiz mənzərə yaradır.

Ram-rama şəlaləsindən suyu Qax şəhər 5 nömrəli tam orta məktəbin şagirdi, voleybol və rəqs həvəskarı Ayşən Hüseynova, yunan-Roma güləşi üzrə Avropa çempionatının bürünc mükafatçısı Əli Əminzadə və sərbəst güləş üzrə SSRİ idman ustası Məmməd Qasımov götürüblər. Bu su qabı mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.

Həmin gün günorta saatlarında Qax Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grasspoots” proqramı çərçivəsində regional idman tədbiri də keçirilib. Tədbirdə Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova, rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov, layihə rəhbəri Ülviyyə Əkbərova və Oyunların ulduz səfiri Tünzalə Ağayeva çıxış edərək, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin həyatında mühüm hadisə olduğunu bildirib, yarış iştirakçılarına uğurlar arzulayıblar.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği, həmçinin gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan idman müsabiqəsində beş məktəbdən 50-si qız, 50-si oğlan olmaqla 100 şagird iştirak edib. Onlar idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Sonda qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə Oyunların bağlanış mərasiminə biletlər təqdim olunub.

IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsindən qürur duyduğunu bildirən Qax rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov sevinc hislərini AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Azərbaycan möhtəşəm idman bayramı ərəfəsindədir. Bakının bu Oyunlara ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun, sosial-iqtisadi inkişafının göstəricisidir. Sevinirəm ki, Xəzərdən başlayan su səyahəti doğma Qax rayonuna da yetişdi. Əminik ki, bu möhtəşəm idman bayramı da yüksək səviyyədə keçəcək və ölkəmiz daha bir tarixi uğura imza atacaq”.

“Xəzərdən başlayan su səyahəti”nin növbəti dayanacağı aprelin 27-də Qəbələ rayonu olacaq.

“Bakı-2017”nin möhtəşəm su festivalı Qax sakinlərinə yüksək əhval-ruhiyyə bəxş edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb