İDMAN


“Bakı-2017”nin paraatletika yarışlarında Azərbaycanın 5-ci qızıl medalı

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Azərbaycan idmançıları İslamiadanın beşinci gününə qızıl medalla start veriblər.

AZƏRTAC xəbər verir ki, kişi paralimpiyaçılar arasında F57 kateqoriyasında lövhə atma yarışında 45,17 metr nəticə göstərən Samir Nəbiyev özünün ikinci qızıl medalını qazanıb.

Lövhə atma yarışında gümüş medala iordaniyalı Amer Abdelaziz, bürünc medala isə Misir təmsilçisi Metava Abouelkhir layiq görülüb.

Xatırladaq ki, Samir Nəbiyev mayın 16-da atletika yarışının birinci günündə kürəitələmə üzrə İslamiadanın çempionu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.