İDMAN


“Bakı-2017”nin qalibi: Bundan sonra qarşıdan gələn dünya çempionatına hazırlaşacağam

Bakı, 18 may, H.Mahmudova, S.Allahverdiyeva, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarında 85 kiloqram çəki dərəcəsində qızıl medal əldə edən yunan-Roma güləşçisi İslam Abbasov finalda mübarizə apardığı türkiyəli idmançı ilə indiyədək yeddi dəfə qarşılaşdığını və bunun yalnız birində məğlub olduğunu bildirib.

O, AZƏRTAC-a müsahibəsində deyib: “Biz bir-birimizi yaxşı tanıyırdıq. Ona görə də qarşılaşma mənim üçün elə də çətin keçmədi”.

Böyüklər arasında 2015-ci ildən mübarizə apardığını bildirən idmançı qarşıdakı yarışlar barədə də məlumat verib: “Bundan sonra qarşıdan gələn dünya çempionatına hazırlaşacağam. Əlbəttə, hər bir idmançının məqsədi Olimpiya medalına sahib çıxmaqdı. İnşallah, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadada medal qazanıb, azarkeşlərimi bir daha sevindirəcəyəm”.

Qeyd edək ki, İslam Abbasov Türkiyə təmsilçisi Ali Cengizi 3:1 hesabı ilə məğlub edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.