İDMAN


“Bakı-2017”nin tennis yarışlarının üçüncü günündə Türkiyəli tennisçilər qalib gəliblər

Bakı, 14 may, Elvin Camalov, AZƏRTAC 

Mayın 14-də Bakı Tennis Akademiyasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tennis yarışında kişi və qadın komandaları mübarizə aparıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət tennis komandası “Bakı-2017”də yer aldığı “B” qrupunda sonuncu oyununu keçirib. Azərbaycan yığması görüşdə İordaniya millisinə məğlub olub.

Türkiyə tennisçiləri yarışın üçüncü günündə də qələbə qazanıblar. Kişilərdən ibarət Türkiyə komandası Özbəkistanı məğlub edib – 3:0. Bu qələbə sayəsində Türkiyənin kişi tennisçiləri “A” qrupunda birinci pillədə qərarlaşıblar.

Kişi tennisçilərin yarışında "B" qrupunda növbəti oyun Pakistan və Qətər arasında baş tutub. Pakistan millisi 3:0 hesabı ilə qalib gələrək qrupda liderliyi ələ keçirib.

Qadınların mübarizəsində “A” qrupunda yer alan Azərbaycan və Türkiyə millilərinin qarşılaşmasında qardaş ölkə idmançıları hər üç görüşdə qalib gəliblər.

Özbəkistan yığması isə texniki qələbə sayəsində Türkmənistan millisinə qalib gəlib – 3:0.

Türkiyənin qadın millisi isə Türkmənistan yığması ilə qarşılaşmanın hər üç oyununda qələbə qazanıb.

Sonuncu görüşdə isə Özbəkistanın qadın tennisçiləri pakistanlı rəqiblərinə 3:0 hesabı ilə qalib gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.