İDMAN


“Bakı-2017”nin tunisli iştirakçısı: Özümü “güləşin kraliçası” kimi təsəvvür edirəm

Bakı, 9 mart, AZƏRTAC

Hamı məni “Afrikanın kraliçası” adlandırır. Mənin doqquzdan çox titulum var. Gənclər arasında dünya çempionatında bürünc medala, Dünya Güləş Birliyinin 2014-cü ildəki reytinq siyahısında birinci yerə, ərəb ölkələri arasında keçirilən çempionatın qalibi, Aralıq dənizi ətrafındakı ölkələr arasında iki dəfə çempion adına sahib olmuşam. Ən əsası isə Olimpiya çempionuyam.

AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının rəsmi saytına istinadla xəbər verir ki, bu sözləri “Bakı-2017”də mübarizə aparacaq tunisli güləşçi Marva Amri deyib.

Tunisli idmançı bildirib: “Karyeram gözlənilmədən başlayıb. On yaşım olarkən dostum yarışlara gedəndə ona qoşulmuşdum. Bir gün qərara aldım ki, onun hərəkətlərini təkrar edim. Bilirdim ki, etdiyim bu hərəkətlər peşəkar idmançının hərəkətləri deyil. Sadəcə olaraq, yadımda nə qalırdısa onları təkrar edirdim. Xoşbəxtçilikdən məşqçim bundan xəbər tutdu. Həmin vaxt o, mənim uğurlu gələcəyimin olacağını dedi. O, haqlı idi. O zaman mən atamı itirdim. Bu, mənim üçün böyük bir itki idi. Çünki biz bir-birimizə çox bağlı idik. Bu, məni zəiflətdi və idmandan uzaqlaşdırdı. Ancaq sonradan düşündüm ki, mən uğurlu gələcək quraraq onun ruhunu şad edə bilərəm. Məşqlərimi axsatmadan gərgin çalışmağa başladım. Hətta indi də onun dəstəyini hiss edə bilirəm. Hər qalib gəldiyimdə, bilirəm ki, o, mənə dəstək olur”.

Məşq edəndə və ya xalça üzərinə çıxanda özündə güc hiss etdiyini vurğulayan Marva Amri deyib: “Özümü “güləşin kraliçası” kimi təsəvvür edirəm. Özümlə qürur duyuram. Ona görə ki, hər kəsin edə bilməyəcəyini edirəm. Qadınlar bizim dünyanın gücüdür. Əlbəttə, hərdən özümüzü zəif hiss edirik, ancaq heç vaxt unutmamalıyıq ki, qadın böyük qüvvədir. Böyük arzular edin, məqsədləriniz üçün gərgin çalışın və buna inanın ki, həyatda mümkün olmayan heç nə yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.