İDMAN


“Bakı-2017”nin uşu yarışlarının final görüşləri start götürüb

Bakı, 22 may, AZƏRTAC

Mayın 22-də Bakı İdman Sarayında IV İslam Həmrəyliyi Oyunlarının uşu yarışlarının final görüşləri start götürüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın üç idmançısı finalda qızıl medal uğrunda mübarizə aparır. Onların hər üçünün rəqibi İran idmançılarıdır.

İdmançılarımızdan ilk olaraq mübarizəyə 56 kiloqram çəki dərəcəsində çıxış edən Elçin Eminov qoşulacaq. Onun finaldakı rəqibi Mahdi Mohammadidir.

Yeniyetmələrin Yay Olimpiya Oyunlarının gümüş medalçısı Bayram Şəmmədov (65 kq) isə qızıl medal uğrunda görüşdə Foroud Zafari ilə qarşılaşacaq.

Yetmiş kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Kərəmov həlledici görüşdə Saeid Fazeli ilə üz-üzə gələcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.