İQTİSADİYYAT


Bakı 9 May bayramında rusiyalı turistlərin üstünlük verdiyi ilk beş şəhərdən biridir

Bakı, 8 may, AZƏRTAC

“TurSat” analitik agentliyi 9 May bayramımda turistlər arasında ən populyar istiqamətlərin siyahısını açıqlayıb.

Mayın 9-da rusiyalılar arasında səyahət üçün ən populyar olan ilk beş xarici şəhər sırasına Praqa, Berlin, Budapeşt, Tallinn və Bakı daxil olub.

Qələbə Günü Rusiyanın şəhərlərində və MDB dövlətlərinin paytaxtlarında təntənəli mərasimlər keçiriləcək və bayram atəşfəşanlığı olacaq.

Reytinq otellərdə nömrələrin onlayn rejimdə sifariş edilməsi sisteminin məlumatlarının təhlili əsasında tərtib edilib.

“TurSat” agentliyinin məlumatına görə, may ayının bayram günlərində Bakıya gələn turistlərin gündəlik büdcəsi, orta hesabla, 85 dollar təşkil edəcək.

Rusiyalı turistləri Azərbaycanın qonaqpərvərliyi, zəngin mədəniyyəti, mətbəxi, şopinq imkanları və günəşli hava şəraiti cəlb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.