İQTİSADİYYAT


“Bakı Ağ Şəhər”də inşa olunan yeni piyada keçidinin tikintisi tamamlanır

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC 

“Bakı Ağ Şəhər” ərazisindəki avtomobil yollarının infrastruktur layihəsi çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin və Süleyman Vəzirov küçəsinin kəsişmələrində 2 yeraltı piyada keçidinin tikintisi işləri aparılır.

AZƏRTAC “Bakı Ağ Şəhər”in mətbuat xidmətinə istinadla bildirir ki, hər bir keçidin uzunluğu 4 istiqamətə giriş-çıxış hissələr də daxil olmaqla 280 metr, qalereyasının eni 8 metr, hündürlüyü isə 3,2 metrdir. Keçidlərin hər biri 8 ədəd eskalatorla təmin olunacaq.

Bundan əlavə, Xəqani Rüstəmov küçəsi İlə Nobel prospekti kəsişməsində layihələndirilən yeraltı piyada keçidində qalereyanın tikintisi yekunlaşıb. Hazırda orada üzlənmə işləri aparılır.

Ümumilikdə isə, keçidin inşası zamanı uzunluğu 14 metr olan 354 ədəd dəmir-beton svay, 370 ədəd beton svay, 440 metr uzunluğunda dəmir-beton rostverq, 115 ədəd dəmir-beton tir inşa edilib. Həmçinin keçid ikiqat ruberoid materialı ilə izolə olunub, üzlənmə üçün istifadə olunan 2500 kvadratmetr mərmər-qranit işlərindən 1000 kvadratmetri artıq görülüb. Keçidin giriş-çıxış hissəsi üçün 8 ədəd çöl şəraitində quraşdırılan eskalator sifarış olunub.

Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələrinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidində isə uzunluğu 14 metr olan 354 dəmir-beton svaydan 300 ədədi, 370 ədəd beton svaydan isə 270 ədədi inşa olunub, digər tikinti işləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.