İQTİSADİYYAT
Bakı Ağ Şəhərin ofis binası World Architecture Festival mükafatına namizəddir
Bakı, 4 sentyabr, Ramiz Quliyev, AZƏRTAC
Bakı Ağ Şəhərin ofis binası ofis kateqoriyasında World Architecture Festival (Dünya Memarlıq Festivalı) 2015-ci il mükafatına namizədlər siyahısına daxil olub.
Bakı Ağ Şəhərin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dünyanın ən iri memarlıq mükafatı proqramı olan WAF-a 47 ölkədən 700-dən çox memarlıq və dizayn layihələri iştirak ərizələrini təqdim ediblər. Namizədlər siyahısında “Foster + Partners”, “Zaha Hadid Architects”, “Herzog & de Meuron”, “OMA”, “Buro Ole Scheeren” və “Atkins” kimi memarlıq bürolarının işləri var.
Bu kateqoriyada London, Sinqapur, Sidney, Əbu-Dabi kimi şəhərlərdən də ofis binalarının namizədliyi irəli sürülüb.
Nəticələr bu il noyabrın 5-də Sinqapur şəhərində açıqlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]