CƏMİYYƏT


Bakı Ali Neft Məktəbi ABB şirkəti ilə  razılaşma imzalayıb

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC 

Bakı Ali Neft Məktəbində (BANM) bu ali məktəb və ABB şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

BANM–dən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə keçirilən tədbirdə rektor Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin müxtəlif beynəlxalq şirkətlərlə əməkdaşlığından danışıb. BANM-in müasir tələblərə cavab verən kampusunda həmin şirkətlərin laboratoriya və mərkəzlərinin fəaliyyət göstərəcəyi qeyd olunub. Rektor BANM-in əməkdaşlıq etdiyi şirkətlərdə, o cümlədən SOCAR-ın müəssisələrində tələbələrin hər il təcrübə keçdiklərini diqqətə çatdırıb. BANM-in ildən-ilə müxtəlif beynəlxalq və yerli neft-qaz, o cümlədən kimya sənayesi və avtomatika üzrə şirkətlərlə əməkdaşlığının daha da genişləndiyi, bu əlaqələrin tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi yetişmələrində və onların gələcək karyerasında stimul olduğu vurğulanıb.

ABB şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rüstəm Qasımov BANM ilə tanışlıqdan məmnunluğunu bildirib, iki qurum arasında əməkdaşlıqdan söz açıb və bu ali təhsil ocağı ilə şirkətin əlaqələrinin dinamik inkişafından danışıb. O, təmsil etdiyi şirkətlə BANM arasında uğurlu əməkdaşlığın olduğunu söyləyib.

Qeyd edək ki, 1988-ci ildə təsis edilmiş və baş ofisi Sürix şəhərində yerləşən ABB şirkəti elektrotexnologiyalar və avtomatika sahəsində aparıcı şirkətlərdən biridir və dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir. Şirkətin 145.000-dən çox işçisi var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.