CƏMİYYƏT


Bakı Ali Neft Məktəbində “Bakı Yay Neft Məktəbi” layihəsi həyata keçiriləcək

A+ A

Bakı, 4 avqust, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) “Bakı Yay Neft Məktəbi” layihəsi həyata keçiriləcək.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, layihənin proqramına əsasən sentyabrın 14-dən 25-dək Almaniya universitetlərinin tələbələri yay məktəbində iştirak etmək üçün bu ali məktəbə səfər edəcəklər. “Bakı Yay Neft Məktəbi” layihəsi çərçivəsində tələbələr akademik biliklərə yiyələnməklə yanaşı, Azərbaycanın əsrarəngiz təbiəti, tarixi yerləri, muzeyləri ilə yaxından tanış olacaqlar. Tələbələr tarixi neft buruqları, neft quyuları, neft muzeyi, sənaye şirkətləri və Azərbaycanın neft tarixini, onun inkişafını əks etdirən yerlərə səfər edəcəklər.

Layihədə Almaniya universitetlərinin tələbələri ilə yanaşı, seçilmiş azərbaycanlı tələbələr də iştirak edəcəklər.

Qeyd edək ki, “Bakı Yay Neft Məktəbi” layihəsi Alman Akademik Mübadilə Xidmətinin (DAAD) seçki komissiyası tərəfindən təsdiqlənib və DAAD “Şərqə Doğru” proqramı çərçivəsində maliyyələşdirilmək üçün seçilib. Layihənin rəhbəri BANM-in keyfiyyətin təminatı şöbəsinin əməkdaşı Aytən Şadlinskayadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.