CƏMİYYƏT
Bakı Ali Neft Məktəbində “Neftçilər günü” qeyd olunub
Bakı, 21 sentyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) “Neftçilər günü” qeyd olunub.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin rektoru Elmar Qasımov Azərbaycan neftçilərini, müəllim və tələbələri təbrik edib. Azərbaycan dövlətinin yürütdüyü uğurlu neft strategiyasından söz açan rektor “Əsrin müqaviləsi”nin ölkəmizin neft sənayesi tarixində mühüm hadisə olduğunu vurğulayıb. E.Qasımov ölkəmizdə yüksək ixtisaslı, ingilisdilli, peşəkar kadrların hazırlanmasında Ali Neft Məktəbinin rolundan danışıb. Rektor BANM-in tarixi, inkişaf perspektivləri, beynəlxalq əlaqələri, xarici ölkələrin universitetləri ilə əməkdaşlığı barədə məlumat verib.
Sonda bu il qəbul olunan tələbələrə noutbuklar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:02]
Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan
- 26.04.2024 [20:21]
Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib
- 26.04.2024 [20:05]
Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar
- 26.04.2024 [19:29]
Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb
- 26.04.2024 [19:12]