ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbində SPM-in sertifikatları təqdim olunub

Bakı, 21 iyun, AZƏRTAC 

Bakı Ali Neft Məktəbində (BANM) təşkil edilən Layihələrin idarəedilməsi məktəbinin (SPM) birinci modulu müvəffəqiyyətlə və yüksək imtahan nəticələri ilə bitirən tələbələrinə sertifikatlar təqdim olunub.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, hər bir iştirakçını yüksək nəticə əldə etməsi ilə əlaqədar təbrik edən ali məktəbin rektoru Elmar Qasımov onlara gələcək təlimlərdə uğurlar arzulayıb və sertifikatları təqdim edib.

Rektor, həmçinin BANM-in fəaliyyəti, uğurları haqqında məlumat verib, hər zaman ali məktəbin tələbələrinə diqqət və qayğı göstərildiyini, onların bilik və bacarıqlarının aşkara çıxarılmasında maraqlı olduğunu qeyd edib.

Layihələrin idarəedilməsi məktəbinin iştirakçıları sırasına SOCAR, BP, “Atlantic Waste Solutions”, “PAŞA Həyat Sığorta” ASC, “Pasha Holding” və digər şirkətlərin nümayəndələri daxildir. BP və onun tərəfdaşlarının maliyyə dəstəyi, layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “TwentyEighty Strategy Execution” şirkətinin texniki dəstəyi və BANM-in təşkilatçılığı ilə birgə həyata keçirilən SPM tədris proqramı yeddi moduldan ibarətdir. Yekunda Corc Vaşinqton Universitetinin (ABŞ) magistr sertifikatının verilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.