ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbində vyetnamlı tələbələr üçün təhsil imkanları

A+ A

Bakı, 26 yanvar, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclasında iştirak etmək məqsədilə Vyetnam Sosialist Respublikasında səfərdə olub.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, iclasın imzalanmış yekun protokolunda bu ali məktəbdə vyetnamlı tələbələrin, həmçinin bu ölkənin elm, təhsil və istehsalat müəssisələrinin mütəxəssislərinin doktorantura səviyyəsində təhsil almalarının, eləcə də təcrübəkeçmə, ixtisasartırma və yenidənhazırlama kurslarının təşkili ilə bağlı xüsusi bənd yer alıb.

Tədbir çərçivəsində E.Qasımov keçirdiyi görüşlərdə BANM-də vyetnamlı tələbələrin təhsil almaları üçün imkanların olduğunu, bu ali məktəbin yeni kampusunda tələbələrin təhsili və sosial-mədəni inkişafı üçün hərtərəfli infrastrukturun yaradıldığını qeyd edib. Diqqətə çatdırılıb ki, bu ali təhsil ocağında vyetnamlı tələbələrin təhsili ilə yanaşı, müvafiq sektorlarda çalışan mütəxəssislər üçün də təlim imkanları mövcuddur.

Görüşlərdə tərəflər arasında müvafiq istiqamətdə konkret addımların atılması ilə bağlı razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.