CƏMİYYƏT


Bakı Ali Neft Məktəbinə tələbə qəbulu planı tam dolub

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbinə (BANM) 2016/2017-ci tədris ili üzrə tələbə qəbulu planı tam dolub.

BANM-dan AZƏRTAC-a bildiriblər ki, ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında statistik məlumata əsasən, bu il Bakı Ali Neft Məktəbi 100 faizlik qəbulolma göstəricisinə nail olub.

Qeyd edək ki, 2016/2017-cı tədris ilində ali məktəblərə I ixtisas qrupu üzrə keçirilən qəbulda respublika üzrə ən yüksək nəticə göstərərək 700 bal toplayan 3 tələbədən ikisi BANM-a daxil olub. Bu ali təhsil ocağının tələbə qəbulu üzrə ümumi statistik göstəricilərinə görə, 2016/2017-ci tədris ilində ümumi orta bal 667, maksimal bal isə 700-dür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.