ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin 25 məzunu “SOCAR-Türkiyə” şirkətinin müəssisələrində işləyəcək
Bakı, 27 iyul, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) “SOCAR-Türkiyə” şirkətinin “STAR Refinery” və “Petkim” müəssisələrində işləyəcək 25 məzunu ilə görüş keçirilib. Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.
Görüşdə rektor Elmar Qasımov “SOCAR-Türkiyə” şirkəti tərəfindən iş imkanı qazanan məzunları təbrik edib, onlara uğurlar arzulayıb. Məzunlara tövsiyələrini verən rektor qeyd edib ki, tələbələrin ali məktəbdə qazandıqları bilik və təcrübə onların gələcək karyeralarında təməl rolunu oynayacaq. “Bu layihə Azərbaycan ilə Türkiyə arasında bir dostluq nümunəsidir. Fəxr edirəm ki, Bakı Ali Neft Məktəbinin məzunları regionun ən nüfuzlu şirkətlərindən birində çalışacaqlar”, - deyə E.Qasımov bildirib.
Daha sonra “SOCAR-Türkiyə” şirkətinin mütəxəssisi Leyla Axundzadə Türkiyədə iş prosesi və qaydalar barədə ətraflı məlumat verib, tələbələrin suallarını cavablandırıb.