ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbinin laborantı Braqansa Politexnik İnstitutunda “İlin ən yaxşı tələbəsi” seçilib

Bakı, 1 iyun, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) böyük laborantı Rima Quliyeva Braqansa Politexnik İnstitutunun (Portuqaliya) kimya mühəndisliyi bölümü üzrə “İlin ən yaxşı tələbəsi” seçilərək bu tanınmış ali təhsil müəssisəsinin medalçıları siyahısına düşüb.

BANM-dən AZƏRTAC-a bildirilib ki, o, “İlin ən yaxşı tələbəsi” adını təsdiq edən xüsusi diploma layiq görülüb.

Qeyd edək ki, Rima Quliyeva orta təhsilini Bakının 35 saylı məktəbində aldıqdan sonra 2000-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə yüksək balla qəbul olunub. Magistratura təhsilini Qafqaz Universitetinin kimya mühəndisliyi bölümünün “Əsas üzvi sintezin kimyası və texnologiyası” ixtisası üzrə alıb. Magistratura təhsilini Braqansa Politexnik İnstitutunda davam etdirib və təhsilinin bu pilləsini fərqlənmə ilə bitirib.

Qazandığı bilik və təcrübəni reallaşdırmağın ancaq Bakı Ali Neft Məktəbində mümkün olduğunu vurğulayan R.Quliyevanın sözlərinə görə, burada gənc mütəxəssislərin elmi və pedaqoji fəaliyyəti üçün geniş imkanlar mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.