ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin tələbələri Böyük Britaniyada “İlin tələbəsi” olublar
Bakı, 22 sentyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi ixtisasında təhsil alan dördüncü kurs tələbəsi Rəşad Nəzərəliyev və kimya mühəndisliyi ixtisasında təhsil alan üçüncü kurs tələbəsi Ellada İsazadə 2015/2016-cı tədris ili ərzində semestrdə göstərdikləri yüksək nəticəyə görə Böyük Britaniyanın Heriot Vatt Universiteti tərəfindən “İlin tələbəsi” adına layiq görülüblər.
BANM-dən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə Heriot Vatt Universitetinin 2015/2016-cı akademik ili üzrə yüksək təhsil göstəricilərinə görə hər iki tələbəyə universitet mükafatının qalibi kimi sertifikat və pul mükafatı verilib.
Qeyd edək ki, R.Nəzərəliyev 2013-cü ildə BANM-in neft-qaz mühəndisliyi ixtisasına 677 balla, E.İsazadə isə 2014-cü ildə kimya mühəndisliyi ixtisasına 648 balla qəbul olunublar.