ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbinin tələbələri Türkiyədə istehsalat təcrübəsi keçəcəklər

Bakı, 6 iyul, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə 3-cü və 4-cü kurslarda təhsil alan 20 tələbəsi Türkiyəyə göndərilir.

BANM-dən AZƏRTAC-a bildirilib ki, tələbələr “SOCAR Türkiyə” şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcəklər. Ali məktəbin 16 tələbəsi “Petkim”də, 2 tələbəsi “Star”da, 2 tələbəsi “SOCAR Türkiyə” şirkətində iki ay ərzində yay istehsalat təcrübəsi keçmək hüququ qazanıblar.

İntensiv qiymətləndirmədən sonra təcrübə proqramında iştirak hüququ qazanmış tələbələr təcrübəyə iki qrupda göndəriləcəklər. Birinci qrup iyulun 17-dən avqustun 15-dək, ikinci qrup isə iyulun 18-dən avqustun 16-dək təcrübədə olacaqlar. “SOCAR Türkiyə” şirkətinin müəssisələrində təcrübə keçərək tələbələr istehsalat prosesi, tikinti-quraşdırma və tamamlama işləri, hazırda fəaliyyət göstərən müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə yaxından tanış olacaqlar. Onlar hər bir qurğunun avadanlığı, orada gedən texnoloji prosesləri, texnoloji reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini və istehsalat proseslərində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirlərinin tətbiqi üsullarını öyrənəcəklər.

Qeyd edək ki, bu təcrübənin ənənəvi olaraq hər il davam etdirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.