ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq sertifikatlarla təltif olunublar

Bakı, 7 iyun, AZƏRTAC 

Bakı Ali Neft Məktəbində (BANM) neft hasilatının artırılması üçün istifadə olunan müasir üsullara həsr olunmuş dördgünlük seminara yekun vurulub. Seminar Yaponiyanın “İNPEX” şirkətinin təşəbbüsü, “SOCAR UPSTREAM İnternational Management” MMC-nin və BANM-in təşkilatçılığı ilə keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, seminar Yaponiyanın Waseda Universitetinin professoru Masanori Kurihara və elmi əməkdaşı Utomo Pratama, dünyada neftin və qazın kəşfiyyatı və hasilatı ilə məşğul olan “İNPEX” şirkətinin vitse-prezidenti Akihiko Kurashina, şirkətin Londondakı ofisinin meneceri Takuya Muta və təlim koordinatoru Yukito Nomura tərəfindən aparılıb.

Təlimlərdə ən fəal iştirak edən tələbələrə BANM-in rektoru Elmar Qasımov və “İNPEX” şirkətinin vitse-prezidenti Akihiko Kurashina tərəfindən təlim təşkilatçılarının imzası ilə sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.