İDMAN
Bakı “Avro-2020”yə ev sahibliyi edəcək Namizəd şəhərlər sırasındadır
Bakı, 19 sentyabr (AZƏRTAC). Sentyabrın 19-da İsveçrənin Cenevrə şəhərində UEFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, iclasda “Avro-2020”nin oyunlarına ev sahibliyi edəcək şəhərlərin siyahısı müəyyənləşəcək.
Tədbirdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Qeyd edək ki, “Avro-2020”nin oyunlarına Bakı ilə yanaşı, Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Kopenhagen (Danimarka), London (İngiltərə), Sankt-Peterburq (Rusiya), Skopye (Makedoniya), Münxen (Almaniya), Budapeşt (Macarıstan), Yerusəlim (İsrail), Roma (İtaliya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Buxarest (Rumıniya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya), Stokholm (İsveç) və Kardiffin (Uels) namizədliyi irəli sürülüb. Bu şəhərlərdən yalnız 13-ü çempionatın oyunlarını qəbul edəcək.