CƏMİYYƏT


Bakı Avropa Liseyinin məzunları yüksək nailiyyətlər əldə ediblər

A+ A

Bakı, 17 avqust, İbrahim Əsədov, AZƏRTAC 

2015/2016-cı tədris ilində Bakı Avropa Liseyinin məzunları yüksək nailiyyətlər əldə ediblər.

Bu barədə AZƏRTAC-a liseyin direktoru Aygün Mikayılova məlumat verib. O bildirib ki, liseydə təhsilin inkişafı üçün səmərəli layihələr həyata keçirilir, uğurlu nəticələr qazanılır. Bu il məzunlardan altı nəfəri - Arzu Məmmədova, Ayan Hacıbəyli, Nigar Kərimova, Tahirə Tağıyeva, Rüfət Bayramov, Nəzrin Musayeva qızıl medalla təltif olunublar.

Liseyi bitirən 54 məzunun hamısı 2016-2017-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək ballar toplayaraq ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 25-i xarici ölkələrin, o cümlədən medala layiq görülənlərdən ikisi ABŞ-ın, biri isə Türkiyənin nüfuzlu universitetində təhsil alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.