İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7829 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə heç bir əqd qeydə alınmayıb.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7829 AZN olub.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 8.785.280 AZN məbləğində əqd qeydə alınıb.
Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7829 AZN olub.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə 11.200.000 ABŞ dolları və ya, manat ekvivalenti ilə 8.785.280 AZN məbləğində əqd qeydə alınıb.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanmayıb.
EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmayıb.
EUR/USD_TOD və EUR/USD_TOM alətləri üzrə bank sifarişləri verilib, lakin bu alətlər üzrə əqdlər qeydə alınmayıb.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 11,17 faiz, ABŞ dolları üzrə isə illik 12,83 faiz təşkil edib.
Sentyabrın 18-də birjada banklararası kredit alətləri üzrə əqdlər bağlanmayıb.